
“Turan Tovuz” – “Qarabağ” oyunu 2 manata
Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış “Turan Tovuz” – “Qarabağ” oyunu noyabrın 9-da keçiriləcək.
Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutacaq və saat 14:30-da başlayacaq qarşılaşmanın biletləri satışa çıxarılıb.
Tovuz klubundan verilən məlumata görə, biletin qiyməti 2 AZN təşkil edir. Biletləri bu gündən etibarən stadionun kassalarından əldə etmək olar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



