DÇ-2022 ilə bağlı 292 min avroluq “hədiyyə” iddiası
2021-ci ilin oktyabrından 2022-ci ilin oktyabrına qədər Qətər hökuməti Britaniya parlamentinin üzvlərinə “hədiyyələr” üçün 292 min avro xərcləyib. Əvəzində deputatlar bu ölkə və Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı haqqında müsbət fikirlər səsləndiriblər.
Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Son beş il ərzində Böyük Britaniya deputatları ərəb ölkəsindən ümumi dəyəri 116 min avro olan “hədiyyələr” alıblar.
Xəbərdə bildirilir ki, Qətər hökumətinin “hədiyyələr”inin dəyəri Britaniya deputatlarına ianə edilən 15 digər ölkənin xərclədiyi ümumi məbləğdən çoxdur. Xarici hökumətə xərclənən vəsaitə görə ikinci yerdə olan BƏƏ-də Böyük Britaniya parlamentinin üzvləri üçün “hədiyyələr”ə 43 min avro xərclənib.
Qətərdəki dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin