Rusiya millisinin oyunu ləğv edildi
Bosniya və Herseqovina yığmasının Rusiya millisi ilə yoldaşlıq oyunu ləğv olunub.
Komanda.az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Assosiasiyası məlumat yayıb.
Qurumun İcraiyyə Şurasının iclasından sonra qarşılaşmanın başqa vaxta təxirə salındığı açıqlanıb.
Görüş noyabrın 19-da Sankt-Peterburqda keçirilməli idi. Daha əvvəl əksər bosniyalı futbolçular bu matçın təşkilinə qarşı çıxmışdı.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin