DÇ-2022: Tunisi İtaliya əvəz edə bilər

İtaliya millisi bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında Tunis yığmasını əvəz edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

Xəbərdə bildirilir ki, Tunis dövlətinin futbol işlərinə qarışması səbəbindən milli komandanın turnirdən kənarlaşdırılması təhlükəsi mövcuddur. Tunisin gənclər və idman naziri Kamel Deqiş daha əvvəl ölkənin futbol federasiyasının buraxıla biləcəyinə eyham vurub. FİFA onun sözlərini ölkənin futbol federasiyasının fəaliyyətinə müdaxilə kimi qiymətləndirib.

Bildirilib ki, Tunis yığması turnirdən kənarlaşdırılsa, onun DÇ-2022-dəki yerini FİFA reytinqində ən yüksək yeri tutan komanda kimi İtaliya millisi tuta bilər.

Qətərdəki dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Tunis millisi Avstraliya, Danimarka və Fransa ilə eyni qrupda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button