“Nant” – “Qarabağ” matçı 6-cı sırada
UEFA Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı məlum olub.
Komanda.az xəbər verir ki, 16 oyunda ümümumilikdə 375000-dən çox azarkeş iştirak edib.
Fransada “Nant” və “Qarabağ” arasında keçirilmiş G qrupunun qarşılaşması 6-cı sırada yer alıb. Bu matçı 30927 azarkeş izləyib.
Turda ən çox azarkeşin izlədiyi oyun isə “Mançester Yunayted” – “Şerif” qarşılaşması olub – 37888.
“Qarabağ” “Nant”a 1:2 hesabı ilə uduzub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin