Konte “Marsel”lə oyunda olmayacaq
“Tottenhem”in baş məşqçisi Antonio Konte Çempionlar Liqasının qrup mərhələsində “Sportinq”lə matça (1:1) əlavə olunmuş vaxtda qırmızı vərəqə alıb.
Komanda.az xəbər verir ki, 90+6-cı dəqiqədə “Tottenhem”in kapitanı Harri Keyn qol vursa da, videotəkrar sisteminə baxdıqdan sonra oyundankənar vəziyyət səbəbindən qol hesaba alınmayıb. Bundan sonra Konte sərt emosiya sərgiləyib. Buna görə də, görüşün baş hakimi ona birbaşa qırmızı vərəqə göstərib.
“Tottenhem”in ÇL-in qrup mərhələsində beş oyundan sonra 8 xalı var və D qrupunun lideri olaraq qalır. “Sportinq” 7 xalla ikincidir. Qrup mərhələsinin son turunda “Tottenhem” “Marsel”lə qarşılaşacaq. Qarşılaşma noyabrın 1-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin