“Nant” – “Qarabağ” matçının hakimləri açıqlandı

Fransada “Nant” və “Qarabağ” arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 5-ci tur oyununun təyinatları məlum olub.

Komanda.az xəbər verir ki, qarşılaşma Danimarkadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Jakob Kehletə Lars Hummelgaard və Viktor Skytte laynsmanlar qismində yardımçı olacaq. Dördüncü hakim funksiyasını Jorgen Burkardt yerinə yetirəcək. VAR hakimi niderlandlı Jeroen Manskot, onun köməkçisi Rob Dieperinkdir.

Almaniyalı Peter Sippel hakim-inspektor, monteneqrolu Amil Gerina UEFA nümayəndəsi olacaq.

Oktyabrın 27-də keçiriləcək matç saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button