Azərbaycan karateçiləri dünya çempionatına yollandı
Yeniyetmə və gənclərdən ibarət karate üzrə Azərbaycan millisi oktyabrın 26-da Türkiyənin Konya şəhərində start götürəcək dünya çempionatına yollanıb.
Komanda.az xəbər verir ki, qurumun prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyətdə 6 məşqçi, 3 hakim və 28 idmançı və federasiya rəsmiləri yer alıb.
Kumite üzrə yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, eləcə də böyük məşqçilər Seymur Xudaverdiyev və Şahin Atamov 14-15 yaşlı yeniyetmələrdə 10 karateçinin, 16-17 yaşlı gənclərdə 9, 21 yaşadək gənclərdə isə 9 idmançının çıxışına üstünlük verib.
Böyüklərdən ibarət milli komandanın baş məşqçisi Qurban Tağıyev və böyük məşqçi Şahin Xudaverdiyev həmkarları ilə birgə idmançıları yarışa çıxaracaq.
Kumite yarışlarında 14-15 yaşlı yeniyetmələrdən İsmayıl Xamoyev (52 kq), Aslan Dostuyev (57 kq), Mirzə Həmidbəyli (63 kq), Cahangir Qayıbov (70 kq), Əzim Rahib (70+ kq), Pərvin Hüseynzadə (47 kq), Gülay Orucova (54 kq) və Sofiya Hüseynli (54+ kq), 16-17 yaşlı gənclərdən Fərid Savadov (55 kq), Salman Əlirzayev (61 kq), Rəşid Süleymanov (68 kq), Rumil Jəfərli (76 kq), Vahid Həsənov (76+ kq), Fatimə Cəbrayılova (48 kq), Aysu Əliyeva (50 kq), Aysel Qasımova (59 kq) və Nuray Nağiyeva (59+ kq), 21 yaşadək gənclərdə isə Əminağa Quliyeva (60 kq), Nuran Rzazadə (67 kq), Fərid Ağayev (75 kq), Hüseyn Hüseynzadə (84 kq), Osman Osmanlı (84+ kq), Xumar Əlibəyova (50 kq), Fatma Zeynalova (55 kq) və Ayla Rzazadə (61 kq) medallar uğrunda mübarizə aparacaq.
Kata üzrə milli komandanın baş məşqçisi Vahid Ayvazov 3 idmançını, o cümlədən 14-15 yaşlı yeniyetmələrdə Salman Salmanov və Ramilə Heydərovanı, həmçinin 21 yaşadək gənclərdə Həsənəli Həsənovu müşayiət edəcək.
Beynəlxalq hakimlərdən Cahangir Babayev, Vüqar Kərimov və yarışqabağı kumite üzrə ən yüksək dərəcə imtahanı verən Rənad Əliyev yarışın referiləri arasında olacaq.
Qeyd edək ki, dünya çempionatı oktyabrın 30-da başa çatacaq.
Bizi Facebook-da izləyin