Löv niyə işsizdir?

Futbol üzrə Almaniya milli komandasının keçmiş baş məşqçisi Yoahim Löv yenidən məşqçiliyə qayıtmağa hazır olduğunu bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, futboldan həzz aldığını deyib:

“Futbola qayıtmaq niyyətim var. Bu idman növü mənə çox həzz verir. İndi futbola baxanda yenidən motivasiyalı hiss edirəm. Maraqlı iş təklifi gəlsə, hazıram.

Niyə hələ də iş tapmamışam? Heç olmasa, bir dəfə dünya çempionatına tamaşaçı kimi getmək istəyirəm”.

62 yaşlı Löv 2006-cı ildən Almaniya millisinin baş məşqçisi olub. Bu postda o, 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının qalibi olub. Löv 2021-ci ildə milli komandanı tərk edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button