Yusuf Lavalın durumu açıqlandı

Oktyabrın 23-də Premyer Liqanın 11-ci turu çərçivəsində “Neftçi” – “Sabah” matçının ilk hissəsində zədələnən futbolçu Yusuf Laval müayinədən keçib.

Komanda.az xəbər verir ki, futbolçunun durumu ilə bağlı “Neftçi” PFK-nın baş həkimi Şaiq Zöhrablı klubun rəsmi saytına açıqlama verib:

“Sınığı və daxili orqanlarda zədəsi yoxdur. Sadəcə, möhkəm əzildiyi üçün ağrı hiss edir. Ağrısı azalsa, artıq komandanın növbəti məşqində iştirak edə biləcək”.

Laval fasilədə Yeqor Boqomolski ilə əvəzlənib. Qarşılaşma “Neftçi”nin 2:3 hesablı məğlubiyyəti ilə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button