“Qarabağ”la oyun vacibdir” – Kombuare

“Qarabağ”la UEFA Avropa Liqasındakı oyun bizim üçün vacibdir”.

Komanda.az xəbər verir ki, bu sözləri “Nant”ın baş məşqçisi Antuan Kombuare səfərdə “Nitsa” ilə 1:1 hesablı heç-heçə etdikləri Liqa 1-in 12-ci tur oyunundan sonra mətbuat konfransında deyib.

O, avrokubok qarşılaşmasının onlara irəliləmək üçün imkan verəcəyini deyib:

“Bizim üçün daha önəmli olan çempionatdır. Növbəti bazar günü “Klermon”la üz-üzə gələcəyik. Əsas məqsədimiz rəqibi məğlub etməkdir. Lazım olan resursları tapacağıq. Biz geridönüş etmək üçün kifayət qədər güclüyük”.

Oktyabrın 27-də keçiriləcək “Nant” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button