“Spartak” azərbaycanlı futbolçuları darmadağınla yola saldı
Futbol üzrə Rusiya Premyer Liqasında 14-cü turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:5.
Sadıqovla Quliyev də bu matçın iştirakçısı olublar. Ayaz start heyətdə meydana çıxıb və sonadək oynayıb. İlya isə 72-ci dəqiqədə meydana buraxılıb.
“Ximki” 14 turdan sonra 9 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin