“Qarabağ”ın müdafiəçisi zədələndi
“Qarabağ”ın və Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynov zədələnib.
Komanda.az xəbər verir ki, 31 yaşı müdafiəçi Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində baş tutan “Turan Tovuz”la ev oyununda xəsarət alıb.
38-ci dəqiqədə onun yerinə meydana Kevin Medina daxil olub.
Xatırladaq ki, Ağdam klubunun heyətində qapıçı Şahruddin Məhəmmmədəliyev də yüngül zədəsi olduğu üçün “Turan Tovuz”la matçın iştirak ərizəsində yer almayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin