Paytaxt klubunda ciddi itki

İtaliyanın “Latsio” klubu ciddi itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, paytaxt təmsilçisinin hücumçusu Çiro İmmobile sıradan çıxıb.

O, A Seriyasının 10-cu turu çərçivəsində baş tutan “Udineze” ilə oyunda (0:0) zədələnib.

32 yaşlı forvard bu matçın 30-cu dəqiqəsində ağır zədə alaraq meydanı erkən tərk etmək məcburiyyətində qalmışdı. Matçdan sonra tibbi müayinədən keçən oyunçunun zədəsinin ağır olduğu müəyyənləşib. Onun ən yaxşı halda 2023-cü ilin əvvəlində yaşıl meydanlara qayıdacağı ehtimal olunur.

Çiro İmmobilenin “Latsio” ilə 2026-cı ilin yayına qədər müqaviləsi var. O, bu mövsüm 14 oyuna çıxıb, 7 qol və 5 məhsuldar ötürmə müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button