“Yeni Pele” Premyer Liqa klubuna keçə bilər

Braziliyanın “Palmeyras” klubunun 16 yaşlı hücumçusu Andrik karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Arsenal” klubu futbolçunun xidmətində maraqlıdır.

Mənbənin məlumatına görə, “Arsenal” gənc braziliyalı futbolçu uğrunda “Real” və “Barselona” ilə yarışacaq. Bundan əvvəl mətbuat Andrikə “Yuventus” və “Mançester Siti”nin də maraq göstərdiyini yazmışdı.

Keçən yay Andrik “Palmeyras”la ilk peşəkar müqaviləsini imzalayıb. Futbolçunun müqaviləsində 32 milyon avroluq sərbəst qalma maddəsinin olduğu bildirilir. Braziliyada Andriki “Yeni Pele” və “Yeni Ronaldo” adlandırırlar.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button