Yeni rəhbər UEFA-ya meydan oxudu: “Hər şeyi sıfırdan başlayırıq”
Avropa Super Liqasının yeni rəhbəri Bernd Reyxart layihənin hələ də inkişaf mərhələsində olduğunu və liqanın üç il ərzində bərpa olunacağını bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Reyxart, hər şeyi sıfırdan başladıqlarını deyib:
“Biz Avropa futbol ictimaiyyətinin bütün maraqlı tərəfləri ilə əlaqə saxlamaq istəyirik. Layihə ilə bağlı yeni və genişləndirilmiş vizyonumuz azarkeşləri cəlb etməlidir. Hər şeyi sıfırdan başlayırıq.
Turnirin formatı heç bir maneə yaratmayacaq. Açıq formata keçidi elan edirik, klubların daimi üzvlüyü müzakirə olunmur. Biz Avropa futbolunun üzləşdiyi çətinliklərlə bağlı daha geniş konsensus görmək istəyirik”.
2021-ci ilin aprelində Avropanın 12 top-klubu Avropa Super Liqasının yaradıldığını elan etmişdi. Bu layihə UEFA, futbol liqaları və azarkeşlər tərəfindən kütləvi şəkildə tənqid edilib. Qurucu klubların demək olar ki, hamısı liqanı tərk edib, “Real”, “Barselona” və “Juventus” layihədə qalıb. Bu klublarla UEFA arasında məhkəmə çəkişmələri bu günə qədər davam edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin