Karyerasını bitirir – 44 yaşında
İspaniya “Espanyol”u və Şotlandiyanın “Seltik” klubunda çıxış etmiş yaponiyalı futbolçu Şunsuke Nakamura bu mövsümün sonunda, 44 yaşında karyerasını başa vuracaq.
Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, yarımmüdafiəçi Yaponiyanın ikinci divizionunda – “Yokohama” klubunda çıxış edir.
Nakamura peşəkar karyerasına 1997-ci ildə Yaponiyanın “Yokohama Marinos” klubunda başlayıb və 2002-ci ildə İtaliya A Seriyasına keçib. 2005-ci ildə o, “Seltik”ə satılıb və burada ilk mövsümündə Şotlandiya çempionluğunu və Şotlandiya Liqa kubokunu qazanıb.
Futbolçu 2010-cu ildə Yaponiya çempionatına qayıdıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin