Əliyar Ağayevin idarə etdiyi Avroliqa matçında 6 qol, 4 “sarı”
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununu idarə edib.
Komanda.az xəbər verir ki, o, Belçikada yerli “Yunion” və Portuqaliyanın “Braqa” komandaları arasındakı oyunun baş hakimi olub.
Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli laynsmanlar qismində kömək ediblər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirib.
“Den Dreef” stadionunda oynanılan qarşılaşma 3:3 hesablı heç-heçə ilə yekunlaşıb. Ağayev görüş ərzində 4 dəfə əlini cibinə atıb. O, həm meydan sahiblərindən, həm də qonaq komandadan 2 oyunçuya sarı vərəqə göstərib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin