“Qızıl top” Benzemanın olacaq” – Ronaldo

Keçmiş braziliyalı hücumçu, hazırda “Kruzeyro” (Braziliya) və “Valyadolid” klublarının (İspaniya) sahibi olan Ronaldo hesab edir ki, “Real”ın hücumçusu Kərim Benzema “qızıl top”un sahibi olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Benzemanın təsirli nəticələri olduğunu deyib:

“Düşünmürəm ki, Benzemanın uduzmaq şansı var, onun təsirli nəticələri var. Çempionlar Liqası onun üçün çox əlverişlidir. Digər oyunçular qalib gələ bilərmi? Bəli, amma Benzemanın keçən il etdikləri ilə başqalarının etdikləri arasında böyük fərq var”.

2022-ci ilin “qızıl top” mərasimi oktyabrın 17-də baş tutacaq.

Benzema bu mövsüm bütün turnirlərdə 9 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button