
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu medalsız qaldı
Azərbaycanın daha bir cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatını medalsız başa vurub.
Komanda.az xəbər verir ki, 90 kq çəki dərəcəsində çıxış edən Məmmədəli Mehdiyev 1/16 final mərhələsində Çristian Parlatiyə (İtaliya) qızıl xal bölümündə məğlub olub.
Dünya çempionatında Azərbaycan cüdoçularından yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Yarışa oktyabrın 13-də yekun vurulacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



