AFFA “Qəbələ” və Rövlan Muradovun cəzasını ləğv etdi

AFFA “Qəbələ”yə və bu klubun futbolçusu Rövlan Muradova İntizam Komitəsi tərəfindən verilmiş cəzanı ləğv edib.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bununla bağlı Apellyasiya Arbitraj Tribunalı müvafiq qərar qəbul edib:

  1. AFFA İntizam Komitəsinin 23.09.2022-ci il tarixdə “Qəbələ” klubun futbolçusu Rövlan Muradov və klub barəsində verdiyi qərar ləğv olunsun.
  2. AFFA İntizam Komitəsinin 23.09.2022-ci il tarixli qərarına əsasən futbolçu barəsində verilən 2 oyunluq kənarlaşdırma cəzası və klub barəsində verilən 1600 (bir min altı yüz) AZN məbləğində cərimə cəzası ləğv edilsin.

Xatırladaq ki, İntizam Komitəsi Premyer Liqanın 7-ci turunun “Qəbələ” – “Sumqayıt” oyununda Rövlan Muradovun birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığını əsas gətirərək onu 2 oyun cəzalandırmış, klubu isə 1600 manat cərimə etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button