“Bayern” Ronaldonu transfer etmək istəyib, amma…

“Bayern”in baş direktoru Oliver Kan Münhen klubunun yayda “Mançester Yunayted”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldonu transfer etməyi düşündüyünü açıqlayıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, Ronaldonu transfer etmək fikrindən tez vaz keçdiklərini bildirib:

“Biz Ronaldonun “Bayern”ə keçmə ehtimalını qısaca müzakirə etdik. Yəqin ki, Dortmundda da eyni şeyi etdilər.

Təbii ki, Ronaldo kimi superulduzlar liqaya diqqəti cəlb edən mühüm amildir. O, son onilliyin ən böyük oyunçularından biridir. Lakin biz onu transfer etmək fikrindən tez vaz keçdik”.

37 yaşlı portuqaliyalı bu mövsüm bütün turnirlərdə 8 oyun keçirib, UEFA Avropa Liqasında “Şerif”lə oyunda (2:0) 1 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button