Halanddan yeni rekord
“Mançester Siti”nin futbolçusu Erlinq Haland UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Komanda.az xəbər verir ki, 22 yaşlı hücumçu buna evdə “Kopenhagen”ə 5:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin 3-cü tur oyununda nail olub.
Oyunda dubla imza atan hücumçu qitənin bir nömrəli klub turnirində meydana çıxdığı 22 görüşdə 28 dəfə fərqlənən ilk oyunçu kimi tarixə düşüb.
Haland Çempionlar Liqasında vurulan qol sayına görə braziliyalı Rivaldo və uruqvaylı Luis Suaresi geridə qoyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin