Ukrayna, Portuqaliya və İspaniyanın DÇ-2030 planı
Ukrayna, Portuqaliya və İspaniya 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyirlər.
Komanda.az xəbər verir ki, sözügedən ölkələr artıq bunun üçün birgə ərizə də təqdim edib.
Bu barədə Ukrayna Futbol Assosiasiyasının (UAF) rəsmi saytı məlumat yayıb. Portuqaliya Futbol Federasiyası və İspaniya Kral Futbol Federasiyası UAF-ı mundialın ev sahibliyi üçün ərizəyə cəlb edib.
Hər iki assosiasiya istəklərini UEFA-ya çatdırıb. Avropa futbol qurumu bu təşəbbüsə tam dəstək verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin