Azərbaycan millisinin iki oyununun hakimləri məlum oldu
Bakıda Azərbaycan və Polşa yığmaları arasında keçiriləcək futzal üzrə dünya çempionatının seçmə oyununun hakim təyinatları məlum olub.
Komanda.az xəbər verir ki, qarşılaşmanı Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Aslan Qalayevə Talqat Kosmuxambetov və Turexam Tursumbayev köməklik göstərəcək. Hakim-inspektor isə almaniyalı Eichler Sven olacaq.
2-ci turda səfərdə Yunanıstanla görüşü isə isveçli Ademir Avdiç idarə edəcək. Ona David Qlavonjiç və George Jansizian yardımçı olacaq. Sloveniyalı Vilvo Borosak hakim-inspektor funksiyasını yerinə yetirəcək.
Oktyabrın 7-də Polşanı qəbul edəcək Azərbaycan millisi, 4 gün sonra Yunanıstanın qonağı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin