“Depressiya sözünü sevmirəm, amma bunu yaşadım” – “Bayern”in futbolçusu
“Bayern”in və Fransa millisinin müdafiəçisi Benjamin Pavar koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi zamanı düşdüyü depressiyadan danışıb.
Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, futbolçu, karantin rejimində depressiya yaşadığını bildirib:
“Çox az adam bilir ki, nələr çəkmişəm. Həyatımda hər şey yanlış idi. Əvvəlcə özünüzə deyirsiz ki, keçəcək. Amma heç bir şeyin dəyişmədiyini görüb, məşqlərə istəksiz gedirsən. Mən də hamı kimi insanam, idman zalı olan gözəl evim olsa da, başqa insanlarla əlaqə saxlamalıyam.
Səhər dururdum, iştahım yox idi. Özümü bir şeylə məşğul etməyə çalışırdım, yemək bişirirdim, televiziya verilişlərinə baxırdım. Depressiya sözünü sevmirəm, amma bunu yaşadım. Özümü maskaladım, başqalarına göstərməməyə çalışdım. Amma bu gün özümü daha yaxşı hiss edirəm. Bu vəziyyətdən çıxdım və bu, məni dəyişdi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin