
“Everton” 38 yaşlı futbolçunu transfer etdi
“Everton” heyətinə yeni qapıçı cəlb edib.
Komanda.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 38 yaşlı isveçrəli qolkiper Eldin Yakupoviçlə 1 illik müqavilə imzalanıb.
Komandanın əsas qolkiperi Cordan Pikford və Endi Lonerqan zədə səbəbindən sıradan çıxıb.
Yakupoviç son olaraq “Lester”in şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin