A Seriyası klubunda yeni baş məşqçi
İtaliyanın “Bolonya” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, bu posta Tyaqo Motta təyin olunub.
Klubun mətbuat xidmətindən verilən məlumata görə, 40 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Motta bir neçə gün öncə istefaya göndərilmiş Sinişa Mihayloviçi əvəz edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin