Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

UEFA Millətlər Liqasının C Divizionunun 5-ci turunda Azərbaycan milli komandasını qəbul edəcək Slovakiya yığmasının heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, baş məşqçi Françesko Kaltsona 27 futbolçuya dəvət göndərib.

Onlardan 3-ü qapıçı, 10-u müdafiəçi, 8-i yarımmüdafiəçi, 6-sı isə hücumçudur.

Qapıçılar: Martin Dubravka (“Mançester Yunayted”, İngiltərə), Marek Rodak (“Fulhem”, İngiltərə), Dominik Takaç (“Spartak”, Trnava);

Müdafiəçilər: Milan Şkrinyar (“İnter”, İtaliya), Kristian Vallo (“Visla”, Plotsk, Polşa), Matuş Rusnak (“Jilina”), Norbert Gyümber (“Salernitana”, İtaliya), Martin Valyent (“Malyorka”, İspaniya), Petar Pekarik (“Herta”, Almaniya), Martin Kostselnik (“Slovan”, Çexiya), Yuray Çvatal (“Siqma”, Çexiya), David Hantsko (“Sparta”, Çexiya), Lübomir Şatka (“Lex”, Polşa), Vernon de Marko (“Slovan”);

Yarımmüdafiəçilər: Stanislav Lobotka (“Napoli”, İtaliya), Yuray Kuçka (“Slovan”), Miroslav Kaçyor (“Dunayska Streda”), Laslo Beneş (“Hamburq”, Alamniya), Matuş Bero (“Vitess”, Niderland), David Dyuriş, (“Jilina”), Patrik Qoroşovski (“Genk”, Belçika);

Hücumçular: Erik Yirka (“Viktoriya”, Plzen, Çexiya), İvan Şrants, Lukaş Haraslin (hər ikisi “Slaviya”, Praqa, Çexiya), Martin Reqali (“Rujomberok”), Robert Bojenik (“Boavişta”, Portuqaliya), Samuel Mraz (“Mirandes”, İspaniya), Adam Zrelyak (“Varta”, Polşa).

Sentyabrın 22-də Trnavadakı Anton Malatinski stadionunda keçiriləcək Slovakiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button