Tarixin 4-cüsü

“Sumqayıt” Misli Premyer Liqasında ilk qolunu vurub.

Komanda.az xəbər verir ki, Aleksey Baqanın yetirmələri 6-cı turun “Şamaxı” ilə ev oyununda fərqlənib. Meydan sahibləri 3-cü dəqiqədə Almir Aqanspahiçin penalti zərbəsi ilə hesabı açıb.

“Gənclik şəhəri” təmsilçisi Azərbaycan çempionatlarının 30 illik tarixində ilk qolunu ən gec – mövsümdəki 6-cı matçında vuran 4-cü komanda olub. Lakin sumqayıtlılar dəqiqə baxımından digər üç uğursuzu qabaqlayıb. Aqanspahiçin qolunu komandası 453 dəqiqə gözləyib. Mütləq antirekord isə 2015/16 mövsümündə ilk qolunu məhz “Sumqayıt”la görüşün 90+4-cü dəqiqəsində vuran AZAL-a məxsusdur.

İlk qolunu ən gec vuranlar (ən azı 5 oyundan sonra)

1. AZAL (2015/16 mövsümü) – 540-cı dəqiqə, Aleksandr Qurulu, “Sumqayıt”la oyun – 1:1

2. “Xəzər Lənkəran” (1992 mövsümü) – 471-ci dəqiqə, Məhərrəm Bağırov, “Energetik”lə oyun – 2:1

3. “Göyəzən” (2004/05 mövsümü) – 462-ci dəqiqə, Mehman Yunusov (öz qapısına), “Qarabağ”la oyun – 2:4

4. “Sumqayıt” (2022/23 mövsümü) – 453-cü dəqiqə, Almir Aqanspahiç, “Şamaxı” ilə oyun – 1:1

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button