Ramazanov 40-a çatdı
Ağabala Ramazanov Premyer Liqada 40-cı qolunu vurub. “Səbail”in hücumçusunun yubileyi Misli Premyer Liqasının 6-cı turuna təsadüf edib. O, “Zirə” ilə ev matçında (1:2) fərqlənib.
Komanda.az xəbər verir ki, Ağabala Azərbaycan çempionatları tarixində 40 və daha çox qol vuran 62-ci futbolçudur. O, bombardirlər cədvəlində Junivan Suares, Fernando Peres və Mehman Allahverdiyevə çatıb.
İlk qolunu 2012/13 mövsümündə “Xəzər Lənkəran”ın heyətində vuran Ramazanov, cənubluların heyətində 6, “Sumqayıt”da 5, “Şamaxi”da 4 dəfə fərqlənib. Bu qarşılaşmayadək həm “Səbail”, həm “Zirə”də eyni sayda – 12 top vuran hücumçu indiki komandasındakı qol sayını əvvəlki klubu ilə qarşılaşmada artırıb.
Ağabala Premyer Liqa karyerasında 206-cı oyunda 40-cı dəfə rəqib qapısına yol tapıb.
Bizi Facebook-da izləyin