Millət vəkili FİF-in qonağı oldu

Millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin, Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bu gün Futbolun İnkişaf Fondunun ofisində olub.

Komanda.az xəbər verir ki, FİF-in icraçı direktoru Tural Piriyev fondun fəaliyyəti, hazırda həyata keçirilən layihələr və planlar haqda məlumat verib.

Millət vəkili ilə sahibkarların futbola sponsorluq etməyə marağının artırılması üçün güzəştlərin tətbiq edilməsi ilə bağlı müzakirələr aparılıb. FİF-in bu yöndə hazırladığı təkliflər nəzərdən keçirilib. Həmçinin, Vüqar Bayramov Futbolun İnkişaf Fondunun beynəlxalq əməkdaşlıq planlarının qurulması ilə bağlı öz tövsiyələrini verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button