FİFA və UEFA-nın cəzalandırdığı Rusiya millisi özünə rəqib tapdı

Futbol üzrə Rusiya millisi uzun müddətdən sonra meydana çıxacaq.

Komanda.az xəbər verir ki, ruslar sentyabrın sonunda Qırğızıstan millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Matçın Bişkekdə keçirilmə ehtimalı yüksəkdir.

Rusiya millisi son olaraq 2021-ci ilin noyabrında, DÇ-2022-nin seçmə matçında Xorvatiyaya 0:1 hesabı ilə uduzub. FİFA və UEFA 2022-ci ilin əvvəlində bu ölkənin komandalarını təşkilatların himayəsi altında keçirilən turnirlərdən kənarlaşdırıb.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button