“Real Sosyedad”da norveçli hücumçu

Futbol üzrə Norveç yığmasının hücumçusu Aleksandr Sörlot Almaniyanın “Leypsiq” klubundan ayrılıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı forvard yenə İspaniyanın “Real Sosyedad” klubuna icarəyə verilib.

Sörlotun 2022/23 mövsümünün sonuna kimi bu komandada çıxış edəcəyi diqqətə çatdırılıb.

Aleksandr ötən mövsüm də icarədə olduğu “Real Sosyedad”da 44 oyuna çıxıb, 8 qol vurub. O, 2020-ci ilin sentyabrından “Leypsiq”də çıxış edir. Bundesliqa təmsilçisi həmin vaxt bu oyunçunu İngiltərənin “Kristal Pelas” klubundan 20 milyon avroya transfer etmişdi. Lakin norveçli futbolçu Almaniya klubunda 38 oyuna cəmi 6 qol vura bilib. Hücumçu Norveç yığmasında keçirdiyi 42 oyunda 15 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button