Benzemanın uşaqlıq arzusu
“Real”ın hücumçusu Kərim Benzema “qızıl top”u qazanmaq şansları ilə bağlı sualı cavablandırıb.
Komanda.az GFFN-ə istinadən xəbər verir ki, fransalı futbolçu “qızıl top”un onun uşaqlıq arzusu olduğunu bildirib:
“Gəlin görək nə baş verir. Səsverməni gözləmək lazımdır. “Qızıl top” mənim uşaqlıqdan arzum olub. İndi mən onun reallaşmasından o qədər də uzaq deyiləm. Baxacağıq”.
Bundan əvvəl Benzema UEFA tərəfindən mövsümün ən yaxşı oyunçusu seçilib.
34 yaşlı fransalı hücumçu ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 46 oyunda 44 qol vurub və 15 məhsuldar ötürmə edib. O, “Real”la Çempionlar Liqasının və İspaniya çempionatının qalibi olub.
“Qızıl top”un təqdimetmə mərasimi oktyabrın 17-də Parisdə keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin