Kavani ilə 2 illik müqavilə bağlamaq istəyirlər
Uruqvaylı hücumçu Edinson Kavani karyerasını İspaniyada davam etdirməyə yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 35 yaşlı futbolçu “Valensiya”ın hədəfindədir. Avqustun 29-da klub nümayəndələri futbolçu ilə müqaviləni yenidən müzakirə etmək niyyətindədirlər. İspaniya klubu forvardla iki illik müqavilə bağlamağa hazırdır.
Kavani “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra, iyulun 1-dən azad agent statusundadır. O, ötən mövsüm bütün yarışlarda 20 matçda meydana çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin