Çempionlar Liqasında ilk dəfə qol vurdu
“Liverpul” Çempionlar Liqasının yarımfinalının cavab oyununda “Barselona”nı 4:0 hesabıyla məğlub edib.
Komanda.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşma “Liverpul”un hücumçusu Divok Origi üçün əlamətdar olub. “Barselona” ilə qarşılaşmada iki qol vuran hücumçu, “Liverpul” tarixində Çempionlar Liqasında qol vurmağı bacaran 50-ci futbolçu olub.
Origi həm də, futbolçu karyerasında ilk dəfə Çempionlar Liqasında fərqlənib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin