“Neftçi” fitnes zalında məşq etdi
“Neftçi” Antalya təlim-məşq toplanışını davam etdirir.
Komanda.az xəbər verir ki, hava şəraiti ilə əlaqədar olaraq toplanışın 3-cü günündəki hazırlıq yalnız fitnes zalında baş tutub. Səhər və axşam məşqində fiziki tapşırıqlardan ibarət təmrinlər yerinə yetirilib.
Qeyd edək ki, “The Sense De Luxe” otelində məskunlaşan “ağ-qaralar” hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirəcək. “Neftçi” yanvarın 18-də “Qaz Metan” (Rumıniya), 20-də “İstiqlal” (İran), 23-də “Slovan” (Liberes, Çexiya), 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq. “Qaz Metan”la görüş Bakı vaxtı ilə saat 17:00-da, “İstiqlal”la matç isə saat 16:30-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin