Veynaldum DÇ-2022-ni buraxacaq
“Roma”nın və Niderland yığmasının yarımmüdafiəçisi Corcinyo Veynaldum 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxacaq.
Komanda.az xəbər verir ki, yarımmüdafiəçi əməliyyat olunmalıdır və onun sağalma müddəti üç aya yaxın vaxt alacaq.
Lakin “Roma”nın və Niderland millisinin həkimləri ilə məsləhətləşdikdən sonra Veynaldum əməliyyatdan imtina etmək qərarına gəlib. O, 2023-cü ilin yanvarında, dünya çempionatından, klub mövsümü bərpa edildikdən sonra meydana qayıda biləcək.
Veynaldum bu mövsüm A Seriyasında “Roma”nın heyətində bir matçda iştirak edib və qol vurmayıb.
31 yaşlı futbolçunun “Roma”nın məşqi zamanı ayağı sınıb.
Qətərdəki dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin