“Berti Foqtsu daha çox qolf meydançası cəlb edir” – Nazarov

“Berti Foqtsu hazırda futbol stadionundan daha çox qolf meydançası cəlb edir. Ona görə də, tez-tez rastlaşmırıq”.

Komanda.az xəbər verir ki, bunu Almaniyanın “Ersgebirge” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov “Liga3-online” nəşrinə müsahibəsində yığmanın keçmiş baş məşqçisi Berti Foqts haqqında danışarkən deyib.

Nazarov 76 yaşlı mütəxəssislə 2014-cü ildə Düsseldorfda təsadüfən tanış olduğunu söyləyib:

“Artıq neçə ildir ki, bir-birimizi görmürük”.

O, DÇ-2018-in seçmə matçını unuda bilmədiyini deyib:

“2017-ci ildə Almaniya millisinə Bakıda 1:4 hesabı ilə uduzduğumuz DÇ-2018-in seçmə matçını unuda bilmirəm. Bir neçə oyun top buraxmayan Almaniyaya qol vurdum. Belə bir seriyanı qırmaq gözəl təcrübə idi. Bu, şübhəsiz ki, əbədi olaraq xatırlanacaq”.

Foqts Azərbaycan millisində 2008-2014-cü illərdə baş məşqçi olub. Nazarov 2014-cü ildən yığmanın formasını geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button