Ağabala Ramazanov: “Debütümü zədə ləngitdi”
“Səbail”in hücumçusu Ağabala Ramazanov klubun rəsmi saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, o, “dənizçilər”in heyətində yeni mövsümdə debüt oyununu keçirməsi ilə bağlı fikirlərini bildirib:
“Yenidən “Səbail”ə gələn zaman debüt oyunumun bu qədər gecikəcəyini düşünmürdüm. Lakin Gürcüstan toplanışında ayağımdan aldığım zədə debütümü ləngitdi. Hər şərdə bir xeyir var deyə düşünürəm. “Şamaxı” ilə oyunda meydana çıxdığım zaman isə sanki “Səbail”də ilk oyunuma çıxırmış kimi hisslər yaşadım. Düzdür, nəticədən və oyunumdan tam razı olmasam da, hər şeyin daha yaxşı olacağına inanıram. Bu potensial komandamızda var. Qarşıdakı oyunlarda daha güclü “Səbail” görəcəyimizə əminəm!”
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin