“Bu özü “Qarabağ”ın gəldiyi yerdən xəbər verir” – Çəlikəl

“Bura daha fərqli ab-havada gəlmək istərdik. Amma mümkün olmadı”.

Komanda.az xəbər verir ki, bunu “Qarabağ”ın direktoru Əmrah Çəlikəl “Liv Bona Dea Hospital”la imzalanan sponsorluq müqaviləsi zamanı, “Qarabağ”ın Çexiyada “Viktoriya”ya (Plzen) 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu haqqında danışarkən deyib.

Klub rəsmisi, Çempionlar Liqasında qrupa çıxmamalarına üzüldüyünü bildirib:

“Əslində buna üzülmək bir tərəfdən sevindiricidir. Çünki Azərbaycan klubu pley-offa qədər irəliləyir, lakin sonda Avropa Liqasına yollanır. Bu özü “Qarabağ”ın gəldiyi yerdən xəbər verir”.

Çəlikəl “Liv Bona Dea Hospital”la əməkdaşlıqdan da məmnunluğunu ifadə edib:

“Klubumuza belə bir tələb gələndə çox sevindik. İdmana yatırım edən bir qurumla birlikdə olmaq bizi həyəcanlandırdı. Onlar bu işi peşəkar səviyyədə bilirlər. Biz də futbolçularımızın sağlamlığını belə güclü kluba əmanət etdiyimiz üçün xoşbəxtik”.

Hospitalın baş direktoru Taner Özbek isə buradakı sistemi inkişaf etdirmək istədiklərini deyib:

“İdmançının sağlamlığı ön plana çıxan klublarla əməkdaşlıq edirik. “Qarabağ”ın təmsil etdiyi dəyərlər və beynəlxalq arenadakı nəticələrindən xoşbəxtik. Onları dəstəkləyən qurum olaraq bu əməkdaşlıqdan məmnunluğumuzu bildiririk”.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button