“Qarabağ”da ciddi itki
Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirir.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çexiyada “Viktoriya”nın (Plzen) qonağıdır.
Komanda.az xəbər verir ki, oyunun 54-cü dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda rəqib futbolçu ilə mübarizədə zədələnərək, meydanı tərk etmək məcburiyyətində qalıb. O, Marko Yankoviçlə əvəzlənib.
Bakıda keçirilən ilk oyunda hesab açılmayıb. Saat 23:00-da start götürən cavab qarşılaşmasında hazırda hesab 1:1-dir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin