“Yuventus” hücumçu problemini həll edir

“Marsel”in hücumçusu Arkadiuş Milik tezliklə “Yuventus”a keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 28 yaşlı futbolçunu sonradan 8 milyon avroya almaq şərti ilə icarəyə götürmək barədə razılığa gəlib.

Daha əvvəl məlumat verilmişdi ki, “Yuventus” azad agent kimi komandaya qoşula biləcək “Barselona”nın hücumçusu Memfis Depayın transferini gerçəkləşdirsə, Milikdən imtina edəcək. Amma tərəflər müqavilənin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər. Milik niderlandlı futbolçuya alternativ variantlardan biri sayılır.

Polşalı futbolçu ilə “Marsel” arasındakı müqavilə 2025-ci ildə başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button