100 milyon avroluq maddə

İtaliyanın “Torino” klubu futbolçusu Andrea Belottinin müqaviləsinin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı hücumçuyla müddəti 2022-ci ilə qədər olan yeni sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Belottinin müqaviləsinə “100 milyon avroya sərbəst qalır” maddəsi salınıb.

Cari mövsümdə 36 qarşılaşmaya çıxan Belotti, 15 qola imza atıb. Hücumçu, İtaliya millisinin də formasını geyinir.

Belotti ilə “Vest Hem” və “Mançester Yunayted” yaxından maraqlanırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button