Azərbaycan millisinin üzvü 2-ci liqa klubunda
21 yaşlılardan ibarət Azərbaycan yığmasının müdafiəçisi Samet Karakoç özünə yeni komanda tapıb.
Komanda.az xəbər verir ki, 19 yaşlı futbolçu “Qəbələ”dən ayrıldıqdan sonra bir ara klubsuz idi.
Türkiyəyə qayıdan Karakoç, “Isparta 32 Spor”la anlaşıb. Bu komanda Türkiyənin 2-ci liqasında mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin