Kavani La Liqa klubu ilə anlaşıb
Uruqvaylı hücumçu Edinson Kavani karyerasını “Vilyarreal”da davam etdirə bilər.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar son mərhələdədir. Müqavilə 2023-cü ilin yayına kimi, daha bir mövsüm uzadılmaq şərti ilə imzalanacaq.
Kavani iyulun 1-dən – “Mançester Yunayted”lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır.
35 yaşlı uruqvaylı ötən mövsüm “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 20 oyuna çıxıb və 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin