ÇL: Topa ən çox sahib olan – “Qarabağ”!

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” qitənin bir nömrəli klub turnirində topa ən çox sahib olan komandadır.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 64 faizlə birinci pillədə qərarlaşıb. Türkiyə “Trabzonspor”u 62 faizlə ikinci, Şotlandiya “Reyncers”i isə 56 faizlə üçüncüdür.

“Qarabağ” pley-off mərhələsinin ilk oyununda Çexiyanın “Viktoriya” (Plzen) klubu ilə qolsuz heç-heçə edib. Avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq cavab matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button