“Barselona” La Liqa üçün 17 futbolçu sifariş edib
“Barselona” 2022/23 mövsümü üçün La Liqaya 17 futbolçunun adını sifariş edib.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, siyahıda Kataloniya klubuna yeni gələnlər – müdafiəçilər Jül Kunde, Andreas Kristensen, yarımmüdafiəçi Rafinya və Frank Kessye yer almayıb. Həmçinin, siyahıda yeni müqavilə imzalayan heç bir oyunçunun adı yoxdur.
Eyni zamanda, “Barsa” oyun nömrəsi olmayan üç oyunçunu qeydə alıb. Bunlar müdafiəçi Samuel Umtiti, yarımmüdafiəçi Niko Qonzales və hücumçu Martin Breytveytdir.
“Barselona” avqustun 13-də La Liqanın 1-ci turunun matçında “Rayo Valyekano”nu qəbul edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin