AFFA rəhbərliyi milli üzvləri ilə görüşdü

AFFA rəhbərliyi Türkiyənin Konya şəhərində İslam Həmrəyliyi oyunlarında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”nın ərazisindəki milli komandaların məşq mərkəzində keçirilən görüşə vitse-prezidentlər Rauf Əliyev və Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, texniki direktor Cahangir Həsənzadə qatılıb.

Onlar milli üzvlərinə qarşıdakı məsul oyunlarda uğurlar arzulayıblar. Yığmanın baş məşqçisi Samir Əliyev göstərilən diqqətə görə AFFA rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan millisi İslam Həmrəliyi oyunlarında avqustun 8-də Səudiyyə Ərəbistanı, avqustun 10-da İran, avqustun 12-də isə Mərakeş yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button